Ötən il karantin pozuntularına görə 1 286 nəfər həbs edilib, 742 nəfər isə...

Hazırda oxunan: Ötən il karantin pozuntularına görə 1 286 nəfər həbs edilib, 742 nəfər isə...

63823

Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib. 

Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib (tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər), 1 286 nəfəri isə həbs edilib.

İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib. 

Xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyat tədbirləri tətbiq olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin