Səfərbərlik Xidmətinin 46 əməkdaşı CƏZALANDIRILDI 

Hazırda oxunan: Səfərbərlik Xidmətinin 46 əməkdaşı CƏZALANDIRILDI 

63821

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb. 

Bizim.Media-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib. 

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb.

Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin