“Netflix” rus istifadəçilərinin abunəliyini dayandıracaq - Bu tarixdən

Hazırda oxunan: “Netflix” rus istifadəçilərinin abunəliyini dayandıracaq - Bu tarixdən

63749

Ukraynaya qlobal dəstək dalğasından sonra “Netflix” də daxil olmaqla bir neçə texnologiya şirkəti Rusiya bazarını tərk etdiklərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, siyahı gün keçdikcə genişlənməkdə davam edir, çoxsaylı texnologiya nəhəngləri, onlayn yayımçılar və oyun şirkətləri Rusiya Federasiyasının Ukraynaya hazırkı işğalına etiraz edirlər. 

Belə ki, “Netflix”in istifadəçilərə göndərdiyi məktubda bildirilib ki, rusiyalı istifadəçilərin bütün abunəlikləri ödənişli müddətin sonunda avtomatik olaraq ləğv ediləcək. 

“Netflix”dən başqa, “Snapchat”, “Apple”, “Google”, “Meta” və “Twitter” Rusiyaya sanksiya tətbiq edən və Rusiyadakı medianı və bəzi hesablarını məhdudlaşdıran ən son şirkətlərdir.  
“Epic Games” və “Nintendo” da Rusiyaya qarşı etiraza qoşularaq ölkədəki elektron mağazalarına girişi məhdudlaşdırdıqlarını açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin