Yerevan.today qəzeti Ermənistanda son günlərdə yaşanan etirazların fonunda hakimiyyətdə ciddi islahatların keçirilməsinə ehtiyac olduğunu qeyd edib.
Əhalinin bütün təbəqələrinin hazırkı hökümətin və baş nazir Nikol Paşinyanın fəaliyyətindən narazı olduğunu ifadə edən qəzet, Ermənistanda yeni formalaşdırlacaq hökümətdə kimlərin yer alacağına da münasibət bildirib.
Qəzet Ermənistan prezidentinin müşaviri Tevan Poqosyanın yeni kadr islahatı ilə bağlı çıxışına yer verib.
Poqosyan baş nazirin istefa verəcəyi təqdirdə hakimiyyətdə kimlərin təmsil olunacağı ilə bağlı suala cavabında “Mənə elə gəlir ki, yeni hökumətdə gənclər və ya ilk dəfə görəcəyimiz insanlar deyil, ölkəni böhran şəraitində idarə edə biləcək mütəxəssislər olacaq” deyə cavab vermişdi.
Prezidentin müşaviri eyni zamanda yeni simaların 2,5 milyonluq Ermənistanda yox, 10 milyonluq dünya erməniləri arasında axtarılmalı olduğunu da əlavə etmişdi.
Bu yanaşmanın qəbul edilməz olduğunu bildirən qəzetin fikrincə, Poqosyanın çıxışı Ermənistanın yeni hökümətinə xaricdə yaşayan və ixtisaslı kadrların cəlb olunacağından xəbər verir. Qəzet oxşar yanaşmanın 2018-ci ildə də baş verdiyini, hökümətdə yeni simaların və xaricdə təhsil almış gənclərin gətirildiyini, lakin onların Ermənistan əvəzinə “sorosun” maraqlarını müdafiə etdiyinə də diqqət çəkib.
Qəzet yayımladığı məqalədə Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyanın və Diaspor İşləri üzrə Baş Komissar Zareh Sinanyanın fəaliyyətinə də yer verib.
Gənc və xaricdə təhsil almış bu şəxslərin sayəsində Ermənistanın diaspora ilə əlaqələrinin sıradan çıxıdığını, hava yollarının Avropanın “qara siyahısına” daxil edildiyini qeyd edir. Hökümətin yeni kadr siyasətinin də keçmişdəki kimi uğursuz olacağına diqqət çəkən qəzet Ermənistanın təcrübə sahəsinə çevrildiyinə görə narahtlığını ifadə edir.
“Cənablar, Ermənistan sizin üçün hər iki ildə bir kimsə təyin edib ölkənizə ziyan vurmaq üçün təcrübə sahəsi deyil” deyə qəzet bildirib.
Yerevan.today-in narahatlığı fonunda Ermənistankı yeni kadr siyasətinin konturlarını daha aydın şəkildə müşahidə etmək olur. Görünən odur ki, Ermənistan rəhbərliyi böhran vəziyyətindən çıxmaq üçün xaricdəki ermənilərlə daha yaxın əməkdaşlıq etməyə çalışır. Xaricdəki erməni diasporasının Ermənistanın yenidən qurulması istiqamətində rolunun sadəcə maliyyə yardımları ilə sərhədləmək istəmədiyi, artıq hakimiyyətdə təmsil olunmaq istiqamətində də işlərin apardığı məlum olur.
Daha əvvəllər xaricdəki erməni diasporasının Ermənistana ciddi maliyyə yardımları etdiyini və bu yardımların 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra daha da artdığını qeyd etmişdik. Xaicdəki erməni diasporasının istəyi ilə Paşinyan höküməti yardım fondlarındakı korrupsiya faktlarını ifşa etmiş və xaricdən Ermənistana maliyyə axını bərpa olunmuşdu.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Region
21:00 / 25.12.2020
Ermənistanın kadr siyasəti dəyişir – Yenə də “DÖYÜŞƏ QOCALAR GEDİR”
Hazırda oxunan: Ermənistanın kadr siyasəti dəyişir – Yenə də “DÖYÜŞƏ QOCALAR GEDİR”
Hazırda oxunan: Ermənistanın kadr siyasəti dəyişir – Yenə də “DÖYÜŞƏ QOCALAR GEDİR”
6372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.