"Bu şirkət Rusiyanın neft və qaz bazarından çıxır - Yanacaqdoldurma məntəqələrini də bağlayacaq

Hazırda oxunan: "Bu şirkət Rusiyanın neft və qaz bazarından çıxır - Yanacaqdoldurma məntəqələrini də bağlayacaq

63698

Britaniya-Niderland neft və qaz şirkəti "Shell" bu gün Rusiyanın neft-qaz bazarından tədricən çıxmaq niyyətini açıqlayıb.

Bizim.Media şirkətə istinadən verdiyi məlumata görə, dərhal ilk addım olaraq şirkət Rusiya xam neftinin bütün spot alışlarını dayandıracaq. 

"Shell", həmçinin yanacaqdoldurma məntəqələrini bağlayacaq, Rusiyada aviasiya yanacağı və sürtkü yağlarının istehsalını mərhələli şəkildə dayandıracaq.

“Biz yaxşı bilirik ki, keçən həftə benzin və dizel yanacağı kimi məhsulların emalı üçün Rusiya xam neftinin partiyasını almaq qərarımız, tədarükün təhlükəsizliyini nəzərə alaraq qəbul edilmiş olsa da, səhv qərar idi və biz üzr istəyirik”, - deyə Shell-in baş direktoru Ben van Beurden bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin