"Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək" – Ərdoğan AÇIQLADI

Hazırda oxunan: "Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək" – Ərdoğan AÇIQLADI

63696

Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə səfər edəcək. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup qadın administrasiya rəhbəri ilə görüşündə deyib.

Türkiyə prezidentinin sözlərinə görə, sabah martın 9-da İsrail prezidenti İçzak Hersoqun Türkiyəyə səfərindən sonra cümə axşamı, martın 10-u Azərbaycan prezidenti İlham Əliyev Ankaraya gələcək.

Rəcəb Tayyib Ərdoğan görüşdə Ukrayna-Rusiya müharibəsi mövzusuna da toxunaraq, bu məsələni dünyanın 20-dən çox ölkəsinin başçısı ilə müzakirə etdiyini bildirib.

Türkiyə lideri vurğulayıb ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin