"Bakıda və Abşeron yarımadasında son 20 ildə martın 8-də müsbət temperatur qeyd olunub, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta müşahidə olunub".
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ən isti bayram günü isə 2002-ci ildə olub ki, bu zaman maksimum temperatur 27.3 dərəcəyə çatıb:
"Adətən günəşli və dəyişkən buludlu havalar üstünlük təşkil edib. Yalnız 8 ildə hava yağışlı keçib və ən çox yağış 2016-cı ildə 8 mm yağıb. Qadınlarımızı bir qədər məyus edən əksər hallar havanın küləkli keçməsi olur. Amma nə etmək olar, Bakı küləklər şəhəridir. Bölgələrimizə gəldikdə ən minimum temperatur 2013-cü ildə müşahidə edilib. Gəncə-Qazax zonasında həmin gün hətta 11.5 dərəcə şaxta qeyd olunub.
Dağlıq və dağətəyi zonalarda qar yağması və hətta qar örtüyünün yaranması halları belə nadir hadisə olmayıb. Məsələn, Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb".
U. Tağıyeva qeyd edib ki, bunlarla yanaşı bəzən 8 martda yay havası müşahidə edilən illər belə olub: "2002-ci ildə Gəncə Qazax bölgəsində havanın maksimum temperaturu 29.9, Mərkəzi Aran zonasında 26.9 dərəcəyədək yüksəlib. Keçmişə qısa bir ekskursiya etdik. Bu ilin 8 mart tarixində hava şəraiti qadınlarımız kimi qözəl, mülayim olacaq. Sabah axşam isə dəyişiləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 08.03.2022
Azərbaycanda bu günə olan hava DURUMU
Hazırda oxunan: Azərbaycanda bu günə olan hava DURUMU
Hazırda oxunan: Azərbaycanda bu günə olan hava DURUMU
63663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.