Azərbaycanın Xalq artisti, "Lalə" qızlar ansamblının yaradıcısı və bədii rəhbəri Ceyran Haşımovanın doğum günüdür.
Bizim.Media xəbər verir ki, bu gün Ceyran Haşımovanın 88 yaşı tamam olur.
Azərbaycanın musiqi tarixində qadın tarzən və ansambl rəhbəri kimi böyük xidmətləri olan Ceyran Haşımova 8 Martın onun üçün xüsusi gün olduğunu deyir:
"Bu gün mənim üçün üçqat bayramdır. Həm 8 martdir, həm doğum günümdür, ən əsası isə "Lalə" qızlar ansamblının yaranma tarixidir. "Lalə" qızlar ansamblı Azərbaycanı qarış-qarış gəzib, gözəl konsert proqramları ilə çıxış edib. Bizim ansamblının qızları sonralar Azərbaycanın sayılıb, seçilən müğənniləri oldu. Ona görə bu gün məni təbrik edən hər kəs üç dəfə təbrik edir. Fəxr edirəm ki, "Lalə"lər bu gün də var və hər zaman var olacaq".
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:00 / 08.03.2022
8 martda ÜÇ BAYRAMI birlikdə qeyd edən SƏNƏTKAR – Bu gün onun üç səkkizli günüdür!
Hazırda oxunan: 8 martda ÜÇ BAYRAMI birlikdə qeyd edən SƏNƏTKAR – Bu gün onun üç səkkizli günüdür!
Hazırda oxunan: 8 martda ÜÇ BAYRAMI birlikdə qeyd edən SƏNƏTKAR – Bu gün onun üç səkkizli günüdür!
63657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.