Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin martın 2-ə olan son rəsmi açıqlamasına görə, Ukraynada davam edən müharibə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.
Qeyd edək ki, XİN-in açıqlaması yalnız Azərbaycan vətəndaşlarını əhatə edib. Bundan əlavə, Ukrayna vətəndaşı olan azərbaycanlıların da sayı kifayət qədərdir.
Bizim.Media xəbər verir ki, hələ martın 2-ə kimi Ukraynada həyatını itirən soydaşlarımızın sayı 7-nəfər olub.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada müharibə dəhşəti: 40 günlük azərbaycanlı körpə öldürüldü... - FOTO
Təəssüflər olsun ki, sonrakı günlərdə də bu say artmağa davam edib. Belə ki, martın 4-də azərbaycanlı sürücü avtomobilinin atəşə tutulması nəticəsində dünyasını dəyişməsi xəbərləri sosial şəbəkələrdə yayılıb. Elə həmin gün, Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlu da vəfat edib.
Martın 4-də zirzəmidə yoluxduğu ehtimal olunan sətəlcəmdən 40 günlük azərbaycanlı körpə Əmir dünyasını dəyişib.
Martın 5-də Xarkovun atəşə tutulması zamanı daha 4 azərbaycanlı həlak olub. Həyatını itirənlər azərbaycan əsilli Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun ailə üzvləridir.
Bizim.Media