Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Liverpul" İngiltərədə İtaliya "İnter"ini qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Meydan sahiblərində Tyaqo Alkantara zədə səbəbindən oynamayacaq. Joel Matip və Roberto Firminonun görüşdə iştirakı sual altındadır. Milan klubunda isə Nikola Barella cəzalıdır.
Gecənin digər oyununda "Bavariya" Almaniyada Avstriya "Zaltsburq"u ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Korenten Tolisso zədəli olduqları üçün oynamayacaqlar.
Zaltsburq təmsilçisində isə Jerom Onqyuene, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab oyunları martın 9-da, martın 15-də və martın 16-da gerçəkləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:04 / 08.03.2022
Çempionlar Liqası: İlk oyun günündə 2 qarşılaşma
Hazırda oxunan: Çempionlar Liqası: İlk oyun günündə 2 qarşılaşma
Hazırda oxunan: Çempionlar Liqası: İlk oyun günündə 2 qarşılaşma
63631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.