8 martda bu qadınlar sizdən nə gözləyir? – Bürclərə görə HƏDİYYƏLƏR

Hazırda oxunan: 8 martda bu qadınlar sizdən nə gözləyir? – Bürclərə görə HƏDİYYƏLƏR

63585

Qoç

Qoç qadınları hədiyyələri səbirsizliklə gözləyirlər. Onla üçün ərməğanın nə olmasından daha çox, onun görüntüsü önəm kəsb edir. Ona görə də bu bürcün qadınlarına hədiyyə alarkən bağlama seçiminə xüsusi diqqtə yetirilməlidir. Makyaj məmulatları, parfüm, qırmızı və ya narıncı gecə geyimləri onlar üçün ən ideal hədiyyələrdir.

Buğa

Buğa qadınlarını sevindirmək çətindir. Onlar üçün ən ideal hədiyyələr təkqaşlı üzük, gözəllik məmulatları, yumşaq geyimlər və ya ətir olacaq.

Əkizlər

Əkizlər bürcü qadınlarına hədiyyə seçmək çox asandır. Uşaq xaraketrləri basqın olar əkizlər bürcü qadınları texnolji avadanlıqları çox sevirlər. Bundan əlavə, onları kitab, gül buketi, sırğa və boyunbağı kimi hədiyyələrlə də sevindirə bilərsiniz.

Xərçəng

Bu bürcün qadınları hissləri ilə hərəkət etmələri və ziyafətlərə olan maraqları ilə fərqlənirlər. Mətbəx ləvazimatları, gül buketi, romantik şam yeməyi onların almaq istədikləri hədiyyələrdəndir.

Şir

Lüks və dəbdəbəyə düşkün olan şirlər üçün hədiyyənin görüntüsü daha önəmlidir. Təkqaşlı üzük onların favorit hədiyyəsidir. Bundan əlavə, şir bürcü qadınları üçün orijinal ətirlər, qol saatı, dəri çanta da ən yaxşı hədiyyələr siyahısındadır.

Qız

Sağlamlığa və gigiyenaya önəm verən qızlar üçün xəfif ətirlər ən uyğun hədiyyədir. Eyni zamanda əntiq əşyalar və mini heykəllərlə də qızların könlünü almaq olar.

Tərəzi

Xarici görünüşlərinə diqqət yetirən tərəzi qadınları üçün luks restoranda romantik şam yeməyi və həmin ziyafətdə geyə biləcəkləri dəbdəbəli geyim ən gözəl hədiyyədir.

Əqrəb

Əqrəblər sirli və onları təəccübləndirəcək hədiyyələri sevirlər. Xüsusilə də, əqrəb bürcü qadınları xüsusi işçilik tələb edən əşyaları daha çox sevirlər. Şam yeməyi, parfüm, qorxu və ya detektiv filmləri üçün bilet və dəri pulqabı  əqrəb qadınları üçün uyğun hədiyyələrdir.

Oxatan

Gəzməyi və əylənməyi sevən oxatan qadınları üçün səyahət bileti, kamera, idman geyimləri, çemodan, şəxsi inişaf kitabları ən sevimli hədiyyələrdir.

Oğlaq

İşgüzarlığı ilə fərqlənən oğlaq qadınları praktiki istifadə edə biləcəkləri hədiyyələri daha çox sevirlər. Brend geyimlər, qələm seti, təkqaşlı üzük, boyunbağ oğlaq qadınları üçün daha uyğundur.

Dolça

Dolçalar da qeyri-adi hədiyyələrə üstünlük verirlər. Modernliyə önəm verən dolça qadnları elektronik alətlər, teleskop, rəsm əsərləri, ensiklopedik kitablara üstünlük verirlər.

Balıqlar

Balıqları sevindirmək istəyirisinizsə, onları həyəcanlandıracaq hədiyyələr tapmalısınız. Mini heykəllər, kosmetik məhsullar, gecə geyimləri və gümüşü aksesuarlar balıq bürcü qadınları üçün daha cəlbedici hədiyyələr sırasındadır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin