Rusiya Gürcüstana qarşı bəzi sanksiyaları ləğv etdi

Hazırda oxunan: Rusiya Gürcüstana qarşı bəzi sanksiyaları ləğv etdi

63582

Rusiya Federasiyası Gürcüstana qarşı sanksiyaları yumşaldıb, bəzi sanksiyalar ləğv olunub.

Bizim.Media yerli mətbuata istinadla xəbər verir ki, bu barədə qərar Rusiyanın və Gürcüstan müvafiq qurumlarının nümayəndələri arasında keçirilən görüşdən sonra qəbul edilib.

Görüşdən sonra bildirilib ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti “Rosselxoznadzor” Gürcüstana təzyiqləri yumşaltmaq niyyətindədir.

Qeyd olunub ki, “Rosselxoznadzor”un və Gürcüstanın baytarlıq xidmətinin rəhbərləri arasında martın 5-də aparılan danışıqların yekunlarına əsasən, Rusiya Federasiyası Gürcüstanın 15 süd və süd məhsulları istehsalçısına qarşı sanksiyaların ləğvi təşəbbüsü ilə çıxış edib.

Məlumata əsasən, yaxın günlərdə daha bir neçə gürcü şirkətinə qarşı tətbiq olunan qadağalar aradan qaldırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin