Qarabağdan Ermənistana silah daşıyan şəxslər həbs edildi

Hazırda oxunan: Qarabağdan Ermənistana silah daşıyan şəxslər həbs edildi

6354

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sentyabrın 27-dən dekabrın 24-dək olan müddətdə Dağlıq Qarabağda müharibədən əldə olunan silah-sursat və partlayıcıların qanunsuz saxlanılması ilə bağlı onlarla fakt aşkarlayıb.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, ümumilikdə 18 nəfər barəsində cinayət işi başlanılıb, onların arasında saxlanılan və həbs olunanlar var.

İstintaq zamanı silah-sursatların Dağlıq Qarabağın müxtəlif bölgələrindən əldə edilərək Ermənistana gətirildiyi ortaya çıxıb.

Milli Təhlükəsizlik Xidməti vətəndaşları qanunsuz yolla əldə edilmiş silah-sursat və hərbi məhsulları könüllü şəkildə hüquq-mühafizə orqanlarına təhvil verməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin