“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna müdafiə naziri: “96 saatdır Rusiya ordusuna müqavimət göstəririk”
Nazir əlavə edib ki, Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür:
“Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”.
Reznikovun sözlərinə görə, ruslar tərəfindən müvəqqəti ələ keçirilən bütün şəhər və kəndlər geri qaytarılacaq.
Bizim.Media