Şimal bölgəsində bu gecə mart ayı üçün heç də xarakterik olmayan şaxtalı hava qeydə alınıb.
Bizim.Media-nın Quba ərazi hidrometerologiya müəsssisəsinin Qrız kəndindəki stansiyasından əldə etdiyi məlumata görə, Qrızda bu gün səhər 14 dərəcəyə yaxın 13.4 dərəcə şaxta qeydə alınıb. Qar isə cəmi 1 sm yağıb.
Qusarın kəndlərində də şaxta və qar yağışı müşahidə edilib. Ləzə kəndində 10 sm-dən çox qar və 10 dərəcədən çox şaxta qeydə alınıb.
Mart ayı olmasına baxmayaraq Quba və Qusarın avtomobil yollarını buz bağlayıb.
Aytəkin Alxaslı, Bizim.Media