Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi - 3 kənd blokadada qaldı

Hazırda oxunan: Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi - 3 kənd blokadada qaldı

6350

Qafandan Aqarak kəndinə gedən yol hissəsi tamamilə Azərbaycanın nəzarəti altına keçib, ona görə də artıq həmin yol istifadə edilə bilməz.

Bizim.Media xəbər verir ki, bunu Qafan meri Qevork Parsyan parlamentdə bildirib.

Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları açıqdır.

“Azərbaycan Ordusu Syunik yaşayış sahəsindən 100 metr, Qafandan bir kilometr məsafədə yerləşir. Bundan əlavə, ciddi bir problemlə qarşılaşdıq. Düşmən strateji əhəmiyyətli yüksəklikləri aldı, nəticədə Qafan şəhəri və digər yaşayış bölgələri Azərbaycanın hədəfinə çevrildi”, - deyə erməni mer söyləyib.

Bildirib ki, bu gün Qafandan Aqarak kəndinə dolama yolla getmək olar, lakin yol dəfələrlə uzundur və təmirə ehtiyac duyur:

"Qışda praktik olaraq keçilməzdir. Beləliklə, Aqarak, Ujanis, Yeqvard kəndlərinin sakinləri müəyyən mənada blokadada qaldılar", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin