İngiltərə Premyer Liqasında 28-ci turun mərkəzi qarşılaşması başa çatıb.
Bizim.Media xəbər verir ki, “Mançester siti” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.
Matçda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. 22-ci dəqiqədə Ceydon Sanço tarazlığı bərpa edib.
28-ci dəqiqədə De Brüyne özünün və komandasının ikinci qolunu vurub. 68-ci dəqiqədə Riyad Mahrez fərqi 2 topa çatdırıb. Matçda son nöqtəni də Mahrez qoyub.
Əlcəzairli yarımmüdafiəçi oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib - 4:1
Bu qalibiyyətdən sonra xallarını 69-a çatdıran "Mançester Siti" ilk pillədəki mövqeyini qoruyub. 47 xalı olan "Mançester Yunayted" isə 5-ci sırada qərarlaşıb.
Bizim.Media