“Ukrayna tərəfinə iftiralara görə inam yoxdur. Danışıqlar zamanı tərəflər bir məsələdə razılığa gəlirlər, Kiyev isə başqa şey haqda danışır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində bildirib.
“Qərb mediası Rusiyanın hərəkətlərinə görə gərginliyi artırmağa çalışır. Bir sıra KİV-lər Rusiyada yayımını dayandırmaq qərarına gəldikdən sonra XİN vəziyyəti anlamaq üçün onların müxbirlərini bir yerə toplayıb. Onlar media korporasiyalarının yayımı dayandırıb-dayandırmaması ilə bağlı suala birbaşa cavab verə bilməyiblər”, deyə o, qeyd edib.
Zaxarovanın sözlərinə görə, Rusiya səfirlikləri son bir neçə ay ərzində şəbəkə hücumlarına (xaker) məruz qalıb və az qala blokada şəraitində yaşayırlar: “İndi dünyanın bir çox ölkələrində ruslar təqib olunur”.
O bildirib ki, Moskvanın Amerika tərəfi ilə təmasları barədə hələ ki, təsdiqlənmiş məlumat yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:30 / 06.03.2022
“Dünyanın bir çox ölkələrində ruslar təqib olunur “ – Mariya Zaxarova
Hazırda oxunan: “Dünyanın bir çox ölkələrində ruslar təqib olunur “ – Mariya Zaxarova
Hazırda oxunan: “Dünyanın bir çox ölkələrində ruslar təqib olunur “ – Mariya Zaxarova
63475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.