Məşhur ukraynalı aktyor Paşa Li İrpendə rus hərbçilərinin atəşi nəticəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ukraynaya məxsus Telegram kanallarında yer alıb.
Mənbə qeyd edir ki, 33 yaşı sənətçi müdafiə sıralarına bir gün əvvəl qoşulub. Paşa Li "Ştolnya", "Unudulmaz əcdadların kölgəsi", "Sinif yoldaşlarının görüşü" və digər filmlərdə rol alıb. O, həm də dublyaj aktyoru idi.
"Son 48 saat ərzində oturub bizi necə bombaladıqları barədə şəkil çəkdirmək imkanı oldu və gülümsəyirik, çünki bunun öhdəsindən gələ bilərik və hər şey Ukraynanın xeyrinə olacaq. Çalışırıq!", - aktyor iki gün əvvəl “İnstagram”da yazıb. 
Bu, onun sosial şəbəkədəki son paylaşımı olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							21:07 / 06.03.2022
							
						Məşhur ukraynalı aktyor döyüşlərdə həlak oldu – FOTO
						
							
								Hazırda oxunan: Məşhur ukraynalı aktyor döyüşlərdə həlak oldu – FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Məşhur ukraynalı aktyor döyüşlərdə həlak oldu – FOTO							
						63462
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































