Putin Ərdoğanla söhbətində: “Bu şərtlə müharibəni dayandıracam”

Hazırda oxunan: Putin Ərdoğanla söhbətində: “Bu şərtlə müharibəni dayandıracam”

63442

“Kiyev döyüşləri dayandırsa və Rusiyanın tələblərini yerinə yetirsə, müharibəyə son deyəcəm”.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı deyib. 

Rusiya lideri Moskvanın Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib. Eyni zamanda o, Ərdoğanın diqqətini Kiyevin danışıqları uzatmaq cəhdlərinin mənasızlığına yönəldib.

Putin həmçinin ümid etdiyini bildirib ki, yeni görüşdə ukraynalı müzakirəçilər “ortaya çıxan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər”.

"Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - Rusiya prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Donbasın intensiv atəşə tutulmasını davam etdirən Ukrayna hərbçiləri xüsusi qəddarlıqları ilə seçilir. Dövlət başçısı əlavə edib ki, radikallar dinc əhalidən, o cümlədən faktiki olaraq girov götürülən əcnəbilərdən canlı qalxan kimi istifadə edirlər.

Öz növbəsində Türkiyə lideri Ukraynanın sülh yolu ilə nizamlanmasına töhfə verməyə hazır olduğunu bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, o, Kiyev və digər ölkələrlə əlaqə saxlayır və “hərtərəfli danışıqlar aparmaq və nəticə əldə etmək” üçün səylərini davam etdirəcək.

Ərdoğan çağırışını təkrarlayıb: "Gəlin birlikdə sülhə yol açaq". 

O, atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Ərdoğan Qərbdə geniş vüsət alan rus mədəniyyətinə və onun xadimlərinə qarşı diskriminasiya kampaniyasını tənqid edib.

Putin döyüşlərin getdiyi ərazilərdən Türkiyə vətəndaşlarının təhlükəsiz təxliyəsini asanlaşdırmağa hazır olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin