Ukraynadan təxliyə edilən daha 184 nəfər Bakıya gətirildi - FOTO

Hazırda oxunan: Ukraynadan təxliyə edilən daha 184 nəfər Bakıya gətirildi - FOTO

63353

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.

Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" hesabında təxliyə edilənlər arasında 7 uşağın da olduğunu bildirib. Ümumlikdə isə 184 sərnişin ölkəyə gətirilib: 

“İndiyədək baş tutan yeddi çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. 

Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin