Xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər - RƏSMİ AÇIQLAMA

63329

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşü barədə məlumat yayıb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, C.Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib.

Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

M.Çavuşoğlu cari səfərin ikitərəfli yüksək səviyyədə inkişaf edən əlaqələr, Şuşa bəyannaməsinin icrası istiqamətində görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Nazir, Xocalı qətliamının 30-cu ildönümündə Şəhidlərin xatirəsini hörmətlə anıb.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və Azərbaycanın bu xüsusda atdığı addımlar, delimitasiya prosesi, o cümlədən kommunikasiya və nəqliyyat xəttlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib.

Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb

Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən quruculuq işləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bu xüsusda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal iştirakı yüksək qiymətləndirilib.

Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

XİN rəhbərləri Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin