“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza qayıdın deyəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza deyəcəyik: qayıdın, çünki sizi artıq heç bir təhlükə gözləmir. Biz artıq gələcək haqqında düşünürük.
MÖVZU İLƏ BAĞLI:
Zelenski: "Ukraynanın məğlubiyyəti Avropanın süqutu olacaq"
Şəhərlərimizi necə bərpa edək, iqtisadiyyatı necə bərpa edək. Artıq Ukraynaya yenidənqurma üçün on milyardlarla dolların ayrılması ilə bağlı razılaşma var və bunlar yalnız ilk qərarlardır”, - deyə ölkə başçısı qeyd edib.
Onun sözlərinə görə, Rusiya ordusu planlaşdırılan xətlərə çatmayıb: “Rusiyanın 10 minə yaxın əsgəri məhv edilib. Dəhşətdir, onlar 18-20 yaşlı, az qala uşaqlar deyiləcək yaşda olan əsgərlərdir, niyə döyüşəcəklərini, niyə yad ölkədə olduqlarını belə izah edə bilmirlər”.
Bizim.Media