Oleq Kuznetsovdan azərbaycanlı redaktorlara XƏBƏRDARLIQ – “Beynəlxalq axtarışa veriləcəksiniz”

Hazırda oxunan: Oleq Kuznetsovdan azərbaycanlı redaktorlara XƏBƏRDARLIQ – “Beynəlxalq axtarışa veriləcəksiniz”

63260

Rusiya hökuməti Rusiya ordusunun hərəkətləri ilə bağlı mediada yalan məlumatların yayılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə siyasi analitik Oleq Kuznetsov “Facebook” hesabında məlumat paylaşıb.

“Bunun üçün ilk addım atılıb və Dövlət Duması müvafiq qanun layihəsini üç oxunuşda təsdiqləyib. Məsələ Federal Məclisin və prezidentin ixtiyarındadır, lakin onlar burada da tərəddüd etməyəcəklər” – deyə Kuznetsov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Yeni üçtərəfli bəyanatın imzalanması artıq mümkün deyil” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH


O, həmçinin bildirib ki, Azərbaycanda son bir neçə gündür saytlar Ukrayna Silahlı Qüvvələrinin 72-ci SIPO Mərkəzindən saxta məlumatlar yayırlar.

“Bu saytların hamısının adları yaxşı məlumdur və hər biri üçün kifayət qədər dəlillər var. Ukraynanın denazifikasiyasından sonra onların bütün baş redaktorları beynəlxalq axtarışa veriləcək. NATO sizi dəstəkləməyəcək, çünki siz Rusiyaya qarşı artıq silinmiş, maliyyə hesabatlarında çətinliklə əks olunan informasiya müharibəsinin xərclənən materialısınız. Hara gedirsiniz, cənablar? Azərbaycan Rusiyanın müttəfiqidir.

Mən buna tam əminəm ki, Azərbaycan Ukrayna saxtakarlığı ilə əlbir olan şəxsləri təhvil verərək bu məsələdə öz müttəfiqlik borcunu yerinə yetirəcək. Sonra deməyin ki, mən sizə xəbərdarlıq etmədim”, - deyə Kuznetsov əlavə edib.
Onu da qeyd edək ki, siyasi analitik Oleq Kuznetsov Azərbaycanla bağlı fikirlərində əvvəllər isti münasibəti ilə diqqət çəkib. Lakin son dövrlərdə onun fikirləri dəyişməkdədir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin