Biz Ukraynanı nasist ideologiyasından azad etməyə çalışırıq - PESKOV

Hazırda oxunan: Biz Ukraynanı nasist ideologiyasından azad etməyə çalışırıq - PESKOV

63231

Ukrayna ərazisində hərbi əməliyyat keçirən Rusiya Ukraynanı hissələrə bölmək niyyətində deyil, yalnız öz təhlükəsizliyini təmin etməyə çalışır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

"2014-cü il dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşdü. Biz onu bu ideologiyadan azad etmək istəyirik.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Peskov daxil 66 nəfəri qara siyahıya saldı


Bundan əlavə, Ukraynada NATO infrastrukturunun mövcudluğu artıb və bu, Rusiyanın təhlükəsizliyini birbaşa təhdid edir. Biz Ukrayna ərazisini hissələrə bölmək məqsədi güdmürük, lakin öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq”, - deyə sözçü qeyd edib.

O, həmçinin əlavə edib ki, Moskva “Avropada təhlükəsizlik sferasında balansın dəyişdirilməsini” və NATO üzvü olan ölkələr tərəfindən Ukraynaya silahların çatdırılmamasını təmin etməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin