SSRİ dövründə ermənilərə verilən torpaqlarımızı geri ala bilərik - EKSPERT

Hazırda oxunan: SSRİ dövründə ermənilərə verilən torpaqlarımızı geri ala bilərik - EKSPERT

6322

“Prezident İlham Əliyev sonuncu Qubadlı - Zəngilan səfəri zamanı çıxışında ermənilərə qisas almağı, revanşist meyillərdən çıxış etməyi məsləhət görməyib. Ermənilər unutmasın ki, müasir Ermənistan Respublikasının tarixi Azərbaycan torpaqlarında yerləşir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında səsləndirən politoloq Zaur Məmmədov müsahibənin davamında dedi ki, “Biz ermənilərdən fərqli olaraq, tarix və beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarımızın geri qaytarılmasını istəyə bilərik. 

''Əgər Dağlıq Qarabağ və ümumilikdə o bölgələr hər zaman Azərbaycan torpaqları olubsa, bu ərazilər nə Çar Rusiyası, nə SSRİ, nə də Rusiya Federasiyası dövründə ermənilərin olmayıbsa, Zəngəzur və Göyçə bölgələri də hər zaman Azərbaycan torpağı olub''.

''Zəngəzur 1920-ci ildə birtərəfli şəkildə Azərbaycandan qopardılaraq Ermənistana verilib''.

Amma SSRİ süquta uğradığından sovetlər dönəmində qəbul edilən qərarlar qüvvədən düşməlidir. Onsuz da Sovet İttifaqı dövründə Azərbaycan torpaqlarının ermənilərə hədiyyə olunması Bakının mövqeyi öyrənilmədən həyata keçirilib: 

''Təbii ki, SSRİ dağıldığına görə, Azərbaycan tərəfi bu məsələləri qaldıra bilər''.

Ona görə də, ermənilər yaxşı olardı ki, bugünkü Ermənistanda otursunlar və Azərbaycan torpaqları haqqında düşünməsinlər”.

Politoloq Zaur Məmmədovun fikrincə, əks təqdirdə Zəngəzur, Göyçə və digər torpaqlarımızı onlara xatırlada bilərik.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin