Ukraynadan Macarıstana keçən soydaşlarımızın ölkəyə gətirilməsi üçün xüsusi Budapeşt-Bakı reysi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli sosial şəbəkə hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanı tərk edənlərin sayı 1,25 milyonu ötdü
"Macarıstandakı səfirliyimizin təşəbbüsü ilə yerli "WizzAir" hava yolları şirkəti ilə danışıqlarımız nəticəsində həftədə 2 dəfə birbaşa Budapeşt-Bakı reysi həyata keçiriləcək. Belə ki, gözlənilən ən yaxın uçuş 9 mart 2022-ci il tarixində baş tutacaq".
Bizim.Media