Mina və digər partlayıcı vasitələrlə çirkləndirilmiş əraziyə daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisində dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər saxlanılıb.
Araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib və onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər.
Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:29 / 04.03.2022
Minalı ərazidən dəmir toplayan 4 nəfər SAXLANILDI
Hazırda oxunan: Minalı ərazidən dəmir toplayan 4 nəfər SAXLANILDI
Hazırda oxunan: Minalı ərazidən dəmir toplayan 4 nəfər SAXLANILDI
63143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.