Bizim Media xəbər verir ki, son aylarda məmurlar ictimaiyyəti məlumatlandırmaq üçün “Twitter“ sosial media hesabından istifadə edir.
Ölkəmizdə bu artıq trend halını alıb. Bu trendə Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdə qoşulub.
O, “tvit”də bildirib ki, gömrük orqanları tərəfindən 3 milyard 830 milyon manatlıq büdcə proqnozuna qarşı illik 3 milyard 887 milyon manat gömrük rüsumlarının və vergilərin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bununla da proqnoza 101,5 faiz əməl edilib.
Bizim.Media