"Bir nazirin köməkçisinə zəng etmişəm ki, nazirin vaxtı olan kimi mütləq mənimlə əlaqə saxlasın. 1 aydır ki, məni aramırlar, zəng etmirlər".
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası BAŞLADI – 11 məsələ müzakirə olunur
Deputat fikirlərini bu cür davam etdirib:
"Bir deputata belə yanaşma varsa, sıravi vətəndaşlar neyləsin? Niyə öz vəzifə səlahiyyətlərinizi yerinə yetirmirsiniz? Bu məsələdə mən Ombudsmanı da günahlandıra bilmirəm. Onlar da aidiyyatı qurumlara müraciətlərini bildirir, məktublarını göndərir, lakin onların da müraciətlərinə baxılmır".
Murad Əhmədov, Bizim.Media