Milli Məclisin iclası BAŞLADI – 11 məsələ müzakirə olunur

Hazırda oxunan: Milli Məclisin iclası BAŞLADI – 11 məsələ müzakirə olunur

63092

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. 

Bizim.Media-nın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib. 

Bunlar aşağıdakılardır: 

1. Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında. 

2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik layihəsi (üçüncü oxunuş). 

3. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş). 

4. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş). 

5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 

6. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş). 

7. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş). 

8. “Lisenziyalar və icazələr haqqında”qanuna dəyişiklik layihəsi (birinci oxunuş). 

9. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş). 

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş). 
11. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarına dəyişiklik layihəsi (birinci oxunuş). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin