Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi - YENİLƏNİB

Hazırda oxunan: Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi - YENİLƏNİB

6304

Nəsimi rayon Məhkəməsində sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bizim.Media-nın məlumatına görə, hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.


***

Xalq artisti Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov dünən saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsirov dekabrın 24-də keçirilən əməliyyat nəticəsində yeri müəyyən edilərək saxlanılıb. O, iki ilə yaxındır ki, istintaqdan gizlənirdi.

Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

O, bir neçə nəfərlə əlbir olaraq, qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin