Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, M.Podolyak “Twitter” hesabında görüşlə bağlı gündəlikdə üç istiqamətin olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna danışıqlarının ikinci raundu başladı - YENİLƏNİB/VİDEO
Bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.
Bizim.Media