İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin martın 3-də keçirilən növbəti hərracda da alıcı aktivliyi müşahidə olunub.
Bizim.Media xəbər verir ki, hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
Özəlləşdirilən nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib.
Buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 1.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5.850 manata yüksəlib. Həmçinin, ilkin start qiyməti 4.000 manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6.000 manata özəlləşdirilib.
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 9, 15, 17, 29 və 31 mart tarixlərində keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Bizim.Media