“Hal-hazırda biz Rumıniya-Moldova sərhədindəyik. Ukraynadan (Kiyev və Xarkov şəhərlərindən) gələn iki qatardakı soydaşlarımızı birləşdirərək Moldova qatarına mindirmişik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İctimai televiziyanın müxbirinə müsahibəsində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov səsləndirib.
Onun sözlərinə görə, qatara mindirilən azərbaycanlıların sayı təxminən 1700 nəfərə yaxındır:
“Sərhəddən dəmir yolunadək məsafə 3 kilometr olduğundan bütün gecə onları avtobusla daşımışıq. Bu gün qatar 500 km məsafədə yerləşən Rumıniyanın Buxarest şəhərinə yola düşəcək.
Azərbaycan hökumətinin tapşırığı ilə onları rəsmi şəxslər qarşılaycaq və vətəndaşlarımıza lazımı şərait yaradılacaq. Ordan da yaxın günlərdə təyyarə və ya avtobuslarla vətənə yola düşəcəklər”.
Diplomat azərbaycanlıların Moldovada saxlanılmasının mümkünsüzlüyünü də bildirib.
Bizim.Media