Bolqarıstan Rusiyadan tədarükün dayandırılacağı təqdirdə əlavə qaz idxalı ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin energetika naziri Aleksandr Nikolov parlament komissiyasının iclasında çıxışı zamanı bildirib.
“Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı təqdirdə bir sıra real alternativlər, o cümlədən "Cənub Qaz Dəhlizi" üzrə tədarük alternativi mövcuddur. Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür” – deyə nazir qeyd edib.  
Məlumat üçün bildirək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə ildə 1 milyard kubmetr Azərbaycan qazı idxal etməyi planlaşdırır. 
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
							11:22 / 03.03.2022
							
						Bolqarıstan Azərbaycanla danışığa BAŞLAYIR – Daha çox təbii qaz almaq üçün
						
							
								Hazırda oxunan: Bolqarıstan Azərbaycanla danışığa BAŞLAYIR – Daha çox təbii qaz almaq üçün 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bolqarıstan Azərbaycanla danışığa BAŞLAYIR – Daha çox təbii qaz almaq üçün 							
						62913
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































