“Ukraynadakı hadisələrə görə Avropa İttifaqının (Aİ) Rusiya banklarına tətbiq etdiyi sanksiyalar kifayətsizdir və bunun Avropa iqtisadiyyatı üçün müəyyən nəticələri olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber “RND” redaksiyasına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qərbin Rusiyaya enerji sanksiyalarından qaçma SƏBƏBLƏRİ – Azərbaycan alternativə çevrilə bilərmi?
“İndiyə qədər görülən tədbirlərin Aİ üçün üçün nəticələri olacaq. Sanksiyalar və müharibənin digər nəticələri nəyəsə başa gələcək. Enerji və ərzaq qiymətləri artacaq. Aİ-də istehsal artıq məhduddur” – deyə Veber qeyd edib.
Buna baxmayaraq, o, tətbiq edilən anti-Rusiya sanksiyalarını genişləndirməyə çağırıb: "Əvvəlki SWIFT sanksiyaları, xüsusən də qalan iri banklar və digər sektorlar üzrə əhəmiyyətli dərəcədə genişləndirilə bilərdi".
Bizim.Media