İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

62835

Martın 4-5-də İranın Hörmüzqan əyalətində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.

Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, İƏT-ə üzv 10 ölkənin Bəndər-Abbasda daimi nümayəndələrinin proqramına Hörmüzqanın İƏT-lə birgə iqtisadi görüşü də daxildir.
 

MÖVZU İLƏ BAĞLI:

İƏT Qarabağda erməni cinayətlərilə bağlı hesabat hazırlayacaq


Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ilk olaraq 1984-cü ildə üç ölkənin – İran, Türkiyə və Pakistanın iştirakı ilə İzmir müqaviləsi əsasında region əhalisinin iqtisadi həyat səviyyəsini yüksəltmək məqsədi yaradılıb. 1992-ci ildə Təşkilata Əfqanıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan da daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin