Mərkəzi Bankın artan dollarları devalvasiya riskini azaldıbmı? – Ekspert RƏYİ

Hazırda oxunan: Mərkəzi Bankın artan dollarları devalvasiya riskini azaldıbmı? – Ekspert RƏYİ

62759

Martın 1-də verilən açıqlamaya görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 158 milyon ABŞ dolları təşkil edib.

Belə ki, bu, fevralın 1-i ilə müqayisədə 1,2 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,2%, son 1 ildə isə 12,4% artıb.

Mərkəzi Bankın dollar ehtiyatındakı artımın səbəblərini maliyyə və bank məsələləri üzrrə ekspert Əkrəm Həsənovla müzakirə etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank fevralda valyuta ehtiyatlarını artırıb - MƏBLƏĞ


Ekspert Bizim.Media-ya verdiyi açıqlamasında bank sektorunda xarici valyuta satışı ilə bağlı olan bir sıra problemli nüanslara diqqət çəkib:

“Bu ilk növbədə dünya bazarlarında neftin qiymətinin artması ilə bağlıdır ki, Mərkəzi Bankın valyuta ehtiyatları artır və ölkəyə dollarlar gəlir. Eyni zamanda Mərkəzi Bank banklara dollar satmaq çox xəsislik edir. Bu məsələdə məhdudiyyətlər müəyyən olunub. Belə ki, vətəndaş üçün il ərzində 20 min manat limiti təyin olunub, günün yalnız birinci yarısında xarici valyuta satılır.
 

Sahibkarlara isə dollar yüksək məzənnə ilə satılır. Çünki hər bir banka Mərkəzi Bank kifayət qədər xarici valyuta satmır. Bir tərəfdən ölkəyə dollar gəlişində artım olsa da, digər tərəfdən Mərkəzi Bank dollarları banklara satmaqdan imtina edir”.


Ekspert devalvasiya təhlükəsi ilə bağlı da fikirlərini bildirib:

“Ötən il də qeyd etdiyim kimi, Azərbaycanda devalvasiya təhlükəsi yoxdur. Amma təbii ki, vəziyyət dəyişə bilər. İndiki vəziyyətdə belə bir təhlükə yoxdur. Buna rəğmən görürük ki, dünyamiqyasında gedən proseslər necə birdən-birə dəyişə bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin