Ukraynadan olan qaçqınlar Almaniyada adi sığınacaq prosedurundan keçməyəcəklər, onlar dərhal Aİ-də üç ilə qədər müdafiə əldə edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser “Twitter” hesabında məlumat verib.
"Biz tez və bürokratik ləngimələrə yol vermədən kömək edirik. Ukraynadan olan qaçqınlar sığınacaq prosedurundan keçməli deyil, onlar dərhal Aİ-də üç ilə qədər qorunacaq. Biz onların sığorta təminatı almasını və ən qısa zamanda əmək bazarına çıxışını təmin edəcəyik", - Feser bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək Almaniyaya 5 minə yaxın ukraynalı qaçqın gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:05 / 02.03.2022
Ukraynadan olan qaçqınlar dərhal Aİ-də 3 ilə qədər müdafiə əldə edəcək
Hazırda oxunan: Ukraynadan olan qaçqınlar dərhal Aİ-də 3 ilə qədər müdafiə əldə edəcək
Hazırda oxunan: Ukraynadan olan qaçqınlar dərhal Aİ-də 3 ilə qədər müdafiə əldə edəcək
62735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.