Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdıracaq - İlin sonunadək 

Hazırda oxunan: Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdıracaq - İlin sonunadək 

62725

Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır. 

Bizim.Media-nın məlumatına görə, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Orxan Zeynalov "Asia Times" nəşrinə açıqlamasında deyib. 

"2021-ci ildə biz Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il biz həmin göstəricini 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. 2023-cü ildə isə Azərbaycanın Avropa ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir", - deyə o bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edildikcə, daha çox qaz ixracı mümkün olacaq. 
Departament rəhbəri bildirib ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı planlaşdırır. 

"Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaq istəyirik, amma eyni zamanda bazarda kiminsə yerini tutmağa çalışmırıq", - O.Zeynalov deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin