Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir

Hazırda oxunan: Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir

62710

Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır. 

Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir. 

Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır. Təkliflər 10 iş günü ərzində - 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər. 
Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq. Qalibə mükafat təqdim ediləcək. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin