Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək

Hazırda oxunan: Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək

62698

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov yayıb.

Səfir bildirib ki, hazırda Moldovada Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı 4 minə çatır.

"Təxliyə avtobuslarla olacaq. Hər avtobus 70 nəfər sərnişindən ibarət olacaq. Bundan başqa 174 nəfər təyyarə ilə Rumıniyadan ölkəmizə təxliyə edəcək.
Bir çox vətəndaşımıza isə şəxsi avtomobilləri ilə təxliyə olunmaları üçün şərait yaratmışıq. Biz onları qarşılayıb yerləşdirməliyik. Ümumilikdə gün ərzində Moldovadan 600-700 azərbaycanlının təxliyəsi planlaşdırılır. Ukraynadan Moldovaya keçənlərin sayı isə qat-qat çox olacaq ", - deyə Q.Osmanov bildirib.

Q.Osmanov qeyd edib ki, əvvəlki günlər avtobusla təxliyə edilən azərbaycanlılar artıq İstanbula çatıblar (Trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin