Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə 2003-cü ilin dekabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, B.Dadaşov tanışı İlham Məmmədov da 29 dekabr 2003-cü il tarixdə “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.
Bunun üçün “QAZ-24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.
Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.
Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 15 dekabr 2021-ci il tarixdə B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı İlham Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:46 / 02.03.2022
Bakıda 19 il əvvəlki qətlin istintaqı başa çatdı – Taksi sürücüsünü BOĞUBLAR
Hazırda oxunan: Bakıda 19 il əvvəlki qətlin istintaqı başa çatdı – Taksi sürücüsünü BOĞUBLAR
Hazırda oxunan: Bakıda 19 il əvvəlki qətlin istintaqı başa çatdı – Taksi sürücüsünü BOĞUBLAR
62688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.