Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən "Report"a bildirilib.
"Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk", - məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:48 / 01.03.2022
Müdafiə Nazirliyindən Seyfəli poliqonunda baş verən partlayışlarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Müdafiə Nazirliyindən Seyfəli poliqonunda baş verən partlayışlarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Müdafiə Nazirliyindən Seyfəli poliqonunda baş verən partlayışlarla bağlı AÇIQLAMA
62603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.