Azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaradılır

Hazırda oxunan: Azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaradılır

62533

BMT-nin Ətraf Mühit üzrə 5-ci Assambleyasının növbəti sessiyası “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət naminə fəaliyyətlərin genişləndirilməsi” mövzusuna həsr edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, hibrid formatda keçirilən iclasda görüş iştirakçılarına Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videoformatda çıxışı təqdim olunub. 

Çıxışda Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər, qarşıda duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə məlumat verilib. 
Eyni zamanda, qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına töhfə verilməsi və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması hədəfi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin