Ombudsman ödənişli parklama yerləri üçün “Vahid parklama kartı” sisteminin tətbiq edilməsini təklif edir.
Belə ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bəs, bu təklifin reallaşması parklama ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində fayda verə bilərmi?
Sualı Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə artıq bir sıra parkinqlərdə bu cür kartlar tətbiq olunur:
“Parklanma ilə bağlı ombudsman illik hesabatında təklif irəli sürüb. Təklif öz-özlüyündə yenilik kimi görünsə də, əslində artıq Bakı şəhərində vahid parklanma kartı, eyni zamanda qonşular üçün, tərəfdaşlar üçün kartlar təqdim olunur. Xüsusilə də, dövlətin nəzdində olan yeraltı parkinqlərdə bu proses qeyd olunan formada həyata keçirilir. Məsələn, siz Qış parkı, Azadlıq meydanının altındakı parkinqə yaxınlaşıb, hər hansı sənəd təqdim edərək, qonşuluqda yaşayan sakin, yaxud da iş yeri həmin ərazidə yerləşən şəxs olduğunuzu qeyd etsəniz, sizə aylıq kart təqdim olunur. O kart vasitəsilə, ay ərzində gündəlik ödənişlərin təqribən 1/3 həcmində vəsait ödəməli olursunuz”.
Ekspert sözügedən kartların hansı formada tətbiq oluna biləcəyini də aydınlaşdırıb:
“Ombudsman təklif edir ki, vahid kart yaradılsın və bu bütün parkinqlərdə tətbiq olunsun. Bu maraqlı bir ideyadır. Belə ki, siz əldə etdiyiniz kartla parkomatlar qurulduqdan sonra parklanma etmək üçün parkinqlərə yaxınlaşırsınız. Maşınınızı saxladıqdan sonra, hesablama aparılır. Parkinqi tərk etdikdən sonra kartı parkomata daxil etdikdə avtomobilin qaldığı müddətə görə ödəniş sizin balansınızdan çıxılır”.
Elməddin Muradlı qeyd edib ki, bu təklifin dəyərləndirilməsi vacibdir:
“Düşünürəm ki, bu məsələdə dünya təcrübəsinə də baxmaq vacibdir. Bir sıra ölkələrdə vahid kartlar tətbiq olunur. İnsan hüquqları üzrə müvəkkil düşünürəm ki, bunu nəzərə alaraq təklif irəli sürüb. Aidiyyatı qurumlar tərəfindən bu təklif dəyərləndirilsələr yaxşı olacaq. Çünki Bakı şəhərində bununla həm yol polisi, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də BNA məşğul olacaq. Respublikanın digər bölgələrində isə, dövlət yol polisi idarəsinin səlahiyyətində olan məsələdir”.
Lakin...
“İnnovativ yeniliklər həmişə diqqət çəkir. Bu barədə elə qərarlar qəbul olunmalıdır ki, sonradan üzərlərindən xətt çəkilməsin. Təkmilləşdirmə, sözsüz ki, həmişə lazımdır. Bu baxımdan nəzərə aldıqda qeyd edə bilərik ki, bu innovasiya da uğur gətirə bilər”, - deyə Elməddin Muradlı fikirlərini yekunlaşdırıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 01.03.2022
Ombudsmandan parklanma ilə bağlı TƏKLİF – “Dayanacaq haqqı 3 dəfə azala bilər”
Hazırda oxunan: Ombudsmandan parklanma ilə bağlı TƏKLİF – “Dayanacaq haqqı 3 dəfə azala bilər”
Hazırda oxunan: Ombudsmandan parklanma ilə bağlı TƏKLİF – “Dayanacaq haqqı 3 dəfə azala bilər”
62524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.