Ukrayna Müdafiə Nazirliyi son durumu AÇIQLADI – 5 qırıcı zərərsizləşdirilib 

Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi son durumu AÇIQLADI – 5 qırıcı zərərsizləşdirilib 

62483

Ukrayna qırıcılarının pilotları Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı iki rus təyyarəsini vurub.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.  

“”S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, “Su-30” və “Su-35” olmaqla 5 qırıcı zərərsizləşdirilib. Həmçinin "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub” – deyə məlumatda qeyd olunub.   

Bununla yanaşı, Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib:  

“Su-24m Hərbi Hava Qüvvələri Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq-mazut materialları ilə avtomobil sütunlarına ən azı dörd dağıdıcı bomba hücumu həyata keçirib”.  

Nazirlik Bayraktar TB2 heyətinin xüsusi fəaliyyətini vurğulayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin