Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıqlarda son vəziyyətlə bağkı "Facebook" hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, Ukrayna nümayəndə heyətinin danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan da çıxarmasını tələb etdiyini açıqlayıb.
O.Arestoviç paytaxt Kiyevdə Ukrayna ordusunun qarşı tərəfə ağır zərbələr endirdiyini açıqlayıb:
“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib. İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç yazıb.
Onun sözlərinə görə, indiyədək Rusiyanın azı 2500 hərbi qulluqçusu məhv edilib:
“Onlardan 300 nəfəri yüksək rütbəli hərbçilərdir, yəni mayor, polkovnik-leytenantdır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:20 / 28.02.2022
Kiyevdə 200-dən çox rus texnikası vuruldu: 2500 əsgər öldürülüb...
Hazırda oxunan: Kiyevdə 200-dən çox rus texnikası vuruldu: 2500 əsgər öldürülüb...
Hazırda oxunan: Kiyevdə 200-dən çox rus texnikası vuruldu: 2500 əsgər öldürülüb...
62422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.