“3-cü Dünya Müharibəsi artıq başlayıb” - Ədalət Verdiyevdən AÇIQLAMA

Hazırda oxunan: “3-cü Dünya Müharibəsi artıq başlayıb” - Ədalət Verdiyevdən AÇIQLAMA

62362

Günlərdir davam edən Rusiya-Ukrayna hərbi münaqişəsi bütün dünyada gərginliklə izlənilir. V.Putinin dünən S.Şoyqu və digər hərbi rəsmilərlə apardığı danışıqlar zamanı nüvə silahı ilə bağlı verdiyi tapşırıq Rusiya-Ukrayna münasibətlərinin daha da təhlükəli vəziyyətə çatacağını diqqətə çatdırıb. Nüvə silahından istifadə təbii ki, tək Ukrayna üçün deyil, həm də bütün dünya ölkələrinin düzənini təhlükə altına salır. Və bu son deyil...

Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya verdiyi açıqlamada bildirir ki, illər sonra nüvə silahının tətbiqi ilə bağlı verilən bu əmr çox təhlükəli nəticələrə səbəb ola bilər:

“Strateji çəkindirmə qüvvələrinin tərkibinə həm nüvə silahları, həm də qeyri-nüvə silahları daxildir. Təbii ki, nüvə silahı dünyanın sonunu gətirə bilər. Son 60 ildə heç bir dünya lideri rəqibin hansısa açıqlamasına görə, nüvə silahlarını hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməyib. Bu “Karib” böhranından sonra ilk böhran halı hesab olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya tezliklə erməniləri cəzalandıracaq? – Ədalət Verdiyevdən PROQNOZ


V. Putin heç bir əsası olmadan qonşu ölkənin paytaxtına hücuma imza atırsa, demək ki, çıxılmaz anınında nüvə silahına əl atması ehtimalı da böyükdür. Çünki hazırda sanksiyalar Rusiyanın həm bank, hərbi, həm də texnoloji bütün sahələrinə çox ciddi zərər vurur və Rusiya maliyyə bazarları çökməkdədir”.

NATO-ya üzv olan Ukraynanın nüvə silahı ilə təhdid olunması 3-cü Dünya Müharibəsinin başlanılmasına təkan ola bilərmi?

“Əslində 3-cü Dünya Müharibəsi artıq başlayıb. Sadəcə tərəflərdən biri olan NATO yumşaq güc tətbiq edir və yüngül silahlarla Ukraynanı təchiz edir. Lakin ağır silahlarla təmin edəcəyinə də söz verib.

Barikadanın əks tərəfində isə Rusiya ilə Belarusiyanın olması artıq rəsmən təsdiqlənib. Belarusiya ərazisindən taktki raketlərlə Kiyevə zərbələr endirilməsi də buna sübutdur. Bununla da demək olar ki, müharibə artıq hibrid formada başlayıb”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin